İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 34-ə çatıb

Kolumbiyanın qərbindəki Risaralda departamentində torpaq sürüşməsi nəticəsində 34 nəfər ölüb, 9 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası regional fövqəladə hallar idarəsinin rəhbəri Diana Ramiresə istinadən məlumat yayıb.

Dekabrın 4-də Pueblo-Riko ərazisində yağışlar nəticəsində yerindən çıxan qaya parçaları avtobusa və bir neçə avtomobilə dəyib. Avtobusda 37 nəfər olub, onlardan 34-ü dünyasını dəyişib. Ölənlər arasında 9 uşaq da var.

Faciənin baş verdiyi yerdə dağıntıların təmizlənməsi 30 saata yaxın davam edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR