İnsanlara hürriyət, millətlərə istiqlal!

Kobaxidzedən Makrona tövsiyə: “Kiyevi izlə, Tiflis və Moskva haqqında yalan danışma”

Fransa prezidenti Emmanuel Makron yanvarın 6-da qeyd edib ki, Rusiya Federasiyası qonşu dövlətlərə qarşı “daha aqressiv” davranır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Makron nümunə kimi Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkilərini göstərib.

Fransa lideri bildirib ki, Moskva Gürcüstanda seçki prosesini pozmağa çalışır.

İrakli Kobaxidze buna cavab olaeaq mediaya verdiyi müsahibədə deyib: “Qoy Fransa prezidenti qurban etdikləri Ukraynadakı vəziyyəti izləsin. Mən əsl problemin nə olduğunu deyirəm”.

Gürcüstanın baş naziri əlavə edib: “Mən yalanları şərh edə bilmərəm. Mən bu gün hamının üzləşdiyi problemi şərh edirəm - bu, dağıdılmış Ukraynadır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR