İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliçkonun keçmiş xanımı ilk dəfə boşanmalarından danışıb

Kiyev meri Vitali Kliçkonun keçmiş xanımı Natalya Kliçko ilk dəfə boşanmasına münasibət bildirib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində ayrılmalarının səbəbi barədə yazıb:

“25 ildir ortaq yolumuzda olan hər şeyə görə minnətdaram. Boşanmağımız düşünülmüş, qarşılıqlı qəbul edilmiş qərardır. Elə oldu ki, müxtəlif ölkələrdə yaşadığımız uzun illər ərzində həyat yollarımız tədricən ayrıldı. Biz 3 heyrətamiz uşaq böyütdük və əbədi olaraq onların valideynləri olaraq qalırıq”.

Natalya Kliçko Vitali Kliçko ilə dostluq münasibətlərinin qaldığını da vurğulayıb:

“Bizim aramızda hələ də mehriban, hörmətli münasibətlər var. Biz hər zaman bir-birimizi dəstəkləmişik və hər bir şəraitdə dəstəkləməyə davam edəcəyik... Vitaliyə yalnız ən yaxşısını arzulayıram... Həyatın yeni bir hissəsi başlayır”.

Qeyd edək ki, Kliçko 1996-cı ildən evlidir. Onun Natalya ilə nikahından üç övladı var: Yeqor-Deniel (2000), Yelizaveta-Viktoriya (2002) və Maksim-Aleksandr (2005).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Noyabr 2024

11 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR