İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə kamikadze dronlarla zərbələr endirilib - YENİLƏNİB 2 + VİDEO

Ukraynanın paytaxtı Kiyev şəhərində daha iki partlayış baş verib.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.

Partlayışlarla əlaqədər şəhərdəki bütün təhsil müəssisələri distant rejimə keçib.

Xatırladaq ki, bu gün səhər Kiyevə İran istehsallı kamikadze dronları ilə hücum olub. Paytaxtdakı bəzi infrastruktur obyektlərə ziyan dəyib. İtki barədə hələ ki, məlumat yoxdur.

09.38


Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumundan sonra şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Hücum nəticəsində Kiyevdə inzibati bina yanıb.

İtki olub-olmaması barədə hələ məlumat yoxdur. 

****

Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib.

“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, - A.Yermak yazıb.

Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR