İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə rəssam Çiçkanın dəfnində LGBT bayrağı üstündə insident baş verib - VİDEO

Kiyevdə 8 avqustda cəbhədə həlak olan anarxist-rəssam David Çiçkanın dəfn mərasimində “Rusiya Könüllülər Korpusu”nun (RKK) qurucusu Denis Nikitinin iştirakı ilə insident yaşanıb.

Musavat.com xəbər verir ki, hadisə Nikitinin mərasim iştirakçılarının əlindəki LGBT bayrağını götürməyə cəhd göstərməsindən başlayıb.

Ukrayna Silahlı Qüvvələrinin veteranı Viktor Pilipenko bildirib: “RKK komandanı ilə göyqurşağı bayrağı uğrunda dalaşdıq, çünki o, onu əlimdən qoparmağa çalışdı.”

Aktivist Diana Berqin sözlərinə görə, RKK döyüşçüləri sadəcə dəfnin yanından keçərkən LGBT bayrağı tutanlarla mübahisəyə girişiblər.

Antifaşist və milliyyətçi kanallarda yayılan videoda belə dialoq eşidilir: biri deyir — “Biz burada yoldaşımızı dəfn edirik.” Cavab isə belə gəlir — “O nə, p… idi?”

Münaqişə qarşılıqlı təhqirlərlə davam edib. Daha sonra dəfn iştirakçılarından biri bildirib: “Bizim azad ölkəmiz var, hamı azadlıq üçün vuruşur. Sizin də öz ölkəniz var, orada bu qadağandır. Rədd olun ora”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR