İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev Macarıstan, Polşa və Slovakiyaya qarşı iddia qaldıracaq

Bazar ertəsi Kiyev Avropa Komissiyasının qərarına zidd olaraq, sentyabrın 15-dən sonra Ukrayna taxılının idxalına qoyulan qadağanın uzadılması ilə əlaqədar Macarıstan, Polşa və Slovakiyaya qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) iddia qaldırma prosesinə başlayacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu “Politico” qəzetinin Avropa nəşrinə Ukraynanın iqtisadiyyat və ticarət nümayəndəsinin müavini Taras Kaçka deyib.

“Bu hərəkətlərin qanunsuz olduğunu sübut etmək vacibdir. Uzun illər ərzində məhz Avropa Komissiyası ticarət danışıqlarında vasitəçi və bütün Aİ üçün ticarət siyasəti institutu olub. Biz isə bu əsasda işləməyə öyrəşmişik. Budapeşt və Varşavanın Aİ təsisatlarının ticarət siyasətindəki mövqeyinə məhəl qoymamaq üçün sistemli yanaşması, məncə, bütövlükdə Aİ üçün problem yaradacaq, çünki orada birlik yoxdur”, - Kaçka vurğulayıb.

Ukraynalı nazir müavininin sözlərinə görə, Kiyev Varşavanın hərəkətlərinə cavab verməyə, Polşadan tərəvəz və meyvələrin idxalına qadağa tətbiq etməyə məcbur olacaq. O, həmçinin ticarət embarqosunu Ukraynanın 25 adda kənd təsərrüfatı məhsullarına qədər genişləndirən Macarıstanın hərəkətlərini postsovet respublikası ilə ticarətin qarşısını almaq və Brüsselin mövqeyinə məhəl qoymamaq barədə “siyasi bəyanat” kimi qiymətləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR