Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan iki məsələni birdən həll edib. Onlardan biri daxilidir. Bu illər ərzində onlar Qarabağ separaçıtlarını həmişə öz daxili siyasi meydanlarında terrorçu elan edib, gec-tez həbs edib Bakıya gətirəcəklərini deyirdilər.Bununla öz sözlərinin ağası olduğunu təsdiqlədilər”.
Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan Ermənistan mətbuatına müsahibəsində söyləyib.
Kiviryan hərbi cinayətkarlar Qaramyan, Mnatsakanyan, Babayan və Vardanyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanmasını bu cür dəyərləndirib.
“İkinci məsələ erməni seqmentinə yönəldilib. Mən baş verən hər şeyi təbliğat gücü ilə təsvir edərdim”, - deyə Kiviryan bildirib.
“Ermənistan bir neçə müdafiə nazirinin tərk edib getdiyi ölkədir. Onlardan biri Moskvada, digəri isə ABŞ-dadır. Bəlkə, onlar Moskvaya və ya Vaşinqtona bildikləri bütün məlumatları vermək şərti ilə təslim edilməyiblər? Onsuz da dünyada istənilən məlumat sındırıla və satıla bilər. Beləliklə, Azərbaycanın həm Moskvadan, həm də Vaşinqtondan informasiya almasına heç nə mane olmur”, - deyə erməni politoloq qeyd edib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ