İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Yaponiyada hökumətə dəstək səviyyəsi minimuma düşüb

Yaponiya hökumətinin əhali arasında reytinqi son bir ayda 2 faiz bəndi – 35 %-ə qədər aşağı düşüb ki, bu da Baş nazir Fumio Kisidanın administrasiyası dövründə ən pis göstəricidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu "Nikkei" qəzetinin bazar ertəsi dərc etdiyi sorğunun nəticələri sübut edir.

Hökumətdən narazılıq səviyyəsi də öz növbəsində noyabr ayı ilə müqayisədə 2 faiz bəndi – 57 %-ə qədər artıb. Əhalinin əksəriyyətinin dəstəklədiyi ölkənin müdafiə potensialının köklü şəkildə gücləndirilməsi ilə bağlı qərara baxmayaraq, hökumətin reytinqlərindəki eniş davam edir. Respondentlərin 55 %-i bu siyasətin lehinə, 36 %-i isə əleyhinə olub.

Bununla yanaşı, respondentlərin 84 %-i Baş nazirin NATO modelinə uyğun olaraq 2027-ci ilə qədər demək olar ki, iki dəfə artırılaraq ÜDM-in 2 %-nə çatdırılması nəzərdə tutulan, artan hərbi xərclərin maliyyələşdirilməsi üçün vergilərin artırılması planları ilə bağlı izahatlarını yetərsiz hesab edir.

Qeyd edək ki, sorğu dekabrın 23-dən 25-dək aparılıb, prosesdə 1 000-ə yaxın insan iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR