Onlayn ictimai-siyasi qəzet
Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dörd bələdiyyədə nümayişləri qadağan edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Martinika prefektinin şənbə günü dərc olunmuş bəyanatına istinadən məlumat yayıb.
Orada qeyd edilir ki, For de Frans, Le Lamenten, Dyuko və Le Rober bələdiyyələrində bazar ertəsinə (23 sentyabr) qədər bütün etiraz aksiyaları qadağandır.
“Bu tədbirin məqsədi toplantılar zamanı törədilən zorakılıq və vurulan ziyana, xüsusən həftəsonları bütün əhaliyə təsir edən hərəkət azadlığına və gündəlik həyata çoxsaylı maneələr yaradılmasına son qoymaqdır”, - məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, prefekt daha əvvəl For de Frans və Le Lamentenin bəzi hissələrində hərəkəti məhdudlaşdırmaq üçün gecə komendant saatı tətbiq edib və onun da müddəti bazar ertəsi başa çatacaq.
“Reuters”in məlumatına görə, qonşu Qvadelupa adasında da etiraz aksiyaları keçirilir. Orada Fransanın EDF enerji şirkətinin işçilərinin tətili bir həftə ərzində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ