Onlayn ictimai-siyasi qəzet
Ermənistanın yetkin əhalisinin yarıdan çoxu antisemit fikirdədir.
“Report” xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşrində dərc olunan “Ermənistanda antisemitizm: Faktlar haqqında danışaq” adlı məqalədə qeyd edilib.
“Erməni antisemitizmi realdır və ona məhəl qoymamaq olmaz. Aydındır ki, Ermənistan rəsmiləri bu mənzərəni təhrif etməyə çalışırlar və ikili oyuna üstünlük verirlər. Belə ki, onlar ölkə daxilində antisemitizmi dəstəkləyir, amma beynəlxalq səviyyədə onun mövcud olmadığını göstərirlər. Lakin bununla bağlı faktlar göz qabağındadır”, - məqalədə vurğulanıb.
Müəllifin sözlərinə görə, son bir ildə Ermənistanda çox sayda antisemit hadisə baş verib, bunların bəzilərinə isə bu ölkənin hakimiyyəti diqqət belə yetirməyib: “Üstəlik, son bir ildə nifrətin miqyası, həmçinin internetdə İsrail və yəhudilərə qarşı fikirlərin səviyyəsi xeyli artıb. 2023-cü ilin sentyabrından bəri Ermənistandakı yeganə sinaqoq üç dəfə ardıcıl olaraq yandırılmağa cəhd edilib. Son iki yanğın hücumunun arxasında duran qrup, Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (ASALA) bütün dünyada ravvinləri, israilliləri hücumla hədələyib, HƏMAS və “Hizbullah”ın addımlarını mədh edib”.
O, həmçinin bildirib ki, İsrailin Diaspor İşləri və Antisemitizmlə Mübarizə Nazirliyi rəsmi hesabatlarında Ermənistandakı antisemit mühiti qeyd edib, bununla bağlı sonuncu hesabat 2023-cü il sentyabrın 25-də dərc olunub.
Həmin hesabatda vurğulanıb ki, ermənilər İkinci Dünya Müharibəsi zamanı yəhudilərin kütləvi şəkildə öldürülməsini Qarabağdakı vəziyyətlə müqayisə edərək Holokostdan hələ də təbliğat məqsədilə istifadə edirlər.
Bundan başqa, sentyabrın əvvəlində Diaspor İşləri Nazirliyi məlumat verib ki, Avropanın tanınmış yəhudi təşkilatı olan “Rabbinical Center” Ermənistan rəsmilərindən Holokostdan təbliğat məqsədləri üçün istifadə etməyi dayandırmağı xahiş etdikdə, sosial şəbəkələrin erməni seqmentində antisemitizm ritorikasında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub.
Məqalədə qeyd edilib ki, bunlar son bir ildə erməni antisemitizminin bir neçə nümunəsidir: “Bir çox başqa hallar müxtəlif media orqanları, İsrail dövlət qurumları və beyin mərkəzləri tərəfindən sənədləşdirilib”.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ