Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna üzrə danışıqlarla bağlı mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o bildirib ki, Türkiyə bütün tərəflər üçün məqbul tərəfdaşdır və rəsmi Moskva Ankaraya təşəkkürünü bildirir.
"Rusiya Ukraynadakı münaqişənin həlli üçün yol axtarışında göstərdiyi səylərə və danışıqlar üçün şərait yaratdığına görə Türkiyəyə və onun rəhbərliyinə minnətdardır", – deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü onu da qeyd edib ki, hələlik Putinlə Ərdoğan arasında görüş gündəmdə deyil, lakin bu cür təmaslar lazım gəldikdə çox qısa zamanda razılaşdırıla bilər.
Peskov həmçinin Putin və Tramp arasında görüş ehtimalını da istisna etməyib: “Hazırda konkret hazırlıq yoxdur, lakin əgər iki lider, məsələn, Çin səfəri zamanı eyni şəhərdə olsalar, belə bir görüş mümkündür”.
O, əlavə edib ki, Rusiya İstanbul danışıqları zamanı irəli sürülən işçi qrupların yaradılması təklifinə Ukraynanın cavabını gözləyir.
Son olaraq, Peskov “Aeroflot” şirkətinə qarşı iddia edilən haker hücumu barədə yayılan xəbərlərə münasibət bildirib: “Kreml bu məlumatları görüb və hadisəni narahatedici sayır. Rəsmi açıqlamalar gözləyirik”.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ