İnsanlara hürriyət, millətlərə istiqlal!

Kapitan Paladiçukun ŞOK ETİRAFLARI: “Kor-koranə atəş açdım”

“Minval Politika” 2024-cü il dekabrın 17-də kapitan Dmitri Paladiçukun hazırladığı yeni səs yazılarını və videogörüntüləri əldə edib.

Musavat.com xəbər verir ki, bu materiallar “Pantsir-S1” hava hücumundan müdafiə sisteminə aid 274 saylı döyüş maşınının Suriyadan texniki nasazlıqla Qroznıya göndərildiyini və heç bir müvafiq dəstək olmadan istifadəyə verildiyini təsdiqləyir.

Qeyd edək ki, bununla bağlı tam video “Minval-LIVE” Telegram kanalında yayımlanıb.

Xəbərdarlıq: yayımlanan materiallarda nalayiq ifadələr yer alıb

Kapitan Paladiçukun etirafına görə, döyüş maşını 2017-ci ildən Suriyada olub və o vaxtdan bəri texniki baxışdan keçməyib. Onun sözlərinə görə, Çeçenistana gətirildikdən sonra “Pantsir” hava hücumundan müdafiə sisteminə texniki qulluq göstərilməyib. Nəticədə sistem qismən döyüş qabiliyyətinə malik olmayıb.

Səs yazılarından bəlli olur ki, ekipaj raket sistemində yerləşən avtonom optik postda (AOP) ciddi nasazlıqlar qeydə alıb. Bu səbəbdən onlar hava hədəfini dəqiq müəyyənləşdirə bilməyiblər.

Kapitan etiraf edir ki, artıq 2024-cü il dekabrın 15-də faktiki olaraq kor-koranə şəkildə atəş açıb.

Bundan əlavə, çoxfunksiyalı radiolokasiya stansiyasının və termal kameranın nasazlığı da qeyd olunub. 

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR