İnsanlara hürriyət, millətlərə istiqlal!

Karapetyan yenə Paşinyana meydan oxudu

“Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan Ermənistan hakimiyyətini ictimai iradəni susdurmağa çalışmaqda ittiham edib və ölkədə yeni bir siyasi qüvvənin formalaşdığını bəyan edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, xüsusi bəyanat yayıb.

Karapetyanın iddiasına görə, Paşinyan hakimiyyəti “ermənilərin iradəsini qıra bilməyib”. Karapetyan həmçinin mediaya təzyiqlərdən danışaraq, “jurnalistlərin səsini boğmağın mümkün olmadığını” vurğulayıb.

Azərbaycan həbsxanalarında olan ermənilər (Azərbaycan xalqına cinayət törətmiş terrorçular-red.) barədə danışan revanşist Karapetyan onları "mübarizə simvolu" adlandırıb. Kremlpərəst siyasətçi bundan başqa hazırda yerli cəmiyyətin kilsə ətrafında daha çox birləşdiyini iddia edib.

Karapetyan ən sonda yeni siyasi komandanın yaradıldığını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR