İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In həm Rusiya, həm də Çinlə “oynayır”

Şimali Koreya lideri Kim Çen In Çin-Şimali Koreya dostluğunu simvolizə edən abidənin önünə əklil qoyub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mərasim Koreya müharibəsinin və ya Pxenyanda deyildiyi kimi, “qələbə ilə başa çatan azadlıq müharibəsi”nin başa çatmasının 72-ci ildönümündə baş tutub.

"KXDR döyüşdəki uğurları və həlak olan Çin xalq könüllülərinin xidmətlərini heç vaxt unutmayacaq", - Kim Çen In deyib. O, “qurtuluş müharibəsi” qəhrəmanlarının qəbiristanlığını və muzeyini də ziyarət edib.

ABŞ mətbuatının yazdığına görə, Kim Çen In bununla KXDR-in Rusiyaya Kursk bölgəsini azad etmək üçün hərbi kontingent göndərməsindən xoşnud olmayan Pekinə jest edib. Buna baxmayaraq, Cənubi Koreya və Qərb ölkələrində ekspertlər Rusiya, Çin və KXDR-dən ibarət üçtərəfli blokun yaradılmasının mümkünlüyündən danışırlar.

Çinli könüllülər 72 il öncə KXDR-i məğlubiyyətdən xilas ediblər, lakin bunun üçün yüksək bədəl ödəyiblər. Hətta o zamanlar ÇXR lideri Mao Tszedunun oğlu da bombardman nəticəsində həlak olub.

Həmin vaxtdan etibarən Çin ənənəvi olaraq KXDR ilə sıx əlaqələrə malikdir. Çin və Şimali Koreya arasında 1961-ci ildən qarşılıqlı müdafiə müqaviləsi var.

Ancaq Pekin Ukraynada gedən müharibə ilə bağlı Pxenyanın və Moskvanın yaxınlaşmasından narazıdır. Ona görə də başqa ekspertlər qrupu hesab edirlər ki, Rusiya-Çin-KXDR üçtərəfli alyansının yaradılması ehtimalı azdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR