İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub, yanğın olub

Bazar günü gecə Suriyanın Deyr əz-Zor əyalətində Ömər neft yatağının yerləşdiyi yerin yaxınlığında ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu barədə “Al-Alam” telekanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Amerikanın hərbi obyektində azı beş partlayış səsi eşidilib, sonra yanğın başlayıb.

İtkilər barədə məlumat verilmir.

Atəş İraqla sərhəd ərazidən həyata keçirilib. Buna cavab olaraq Qərb koalisiyasının helikopterləri Əl-Məyadin və Zeyban yaxınlığındakı mövqelərə hücum edib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR