Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu CNN telekanalı Alyaskada keçirilməsi planlaşdırılan Tramp–Putin görüşündən sonra Ukraynadakı müharibənin gedişinə dair 5 mümkün ssenari açıqlayıb. Analitiklər vurğulayırlar ki, bu variantlardan yalnız biri Ukrayna üçün xilas yolu ola bilər.
1. Atəşkəs – az ehtimal olunan ssenari
CNN bu variantı ən az ehtimallı hesab edir. Telekanalın analitiklərinə görə, Rusiya Prezidenti Vladimir Putin hərbi irəliləyişini dayandırmaq niyyətində deyil. Oktyabr ayına qədər Rusiya ordusunun Pokrovski, Konstantinovka və Kupyanskı nəzarət altına alması mümkündür.
2. Uzunmüddətli danışıqlar
Bu ssenaridə Rusiya yuxarıda qeyd olunan şəhərləri ələ keçirəcək və 2026-cı ildə yeni hücuma hazırlaşmaq üçün fasilə əldə edəcək. CNN ehtimal edir ki, Moskva həmçinin Ukraynada Rusiyapərəst siyasi fiquru hakimiyyətə gətirməyə çalışa bilər.
3. “İki ili birtəhər keçirmək”
Ukrayna qarşıdakı iki ili nisbətən “sabit” keçirə bilər. Avropa İttifaqı dəstəyi davam etdirəcək, Rusiya isə minimal irəliləyiş əldə edəcək. Bu vəziyyət Putini danışıqlara məcbur edə bilər.
4. Ukrayna və NATO üçün fəlakət
Bu ssenaridə ABŞ yardımını dayandırır, Avropa İttifaqı isə təkbaşına müharibənin yükünü daşıya bilmir. Rusiya ordusu Dnepropetrovsk və Zaporoje vilayətlərində əməliyyatlarını genişləndirir, Ukrayna Silahlı Qüvvələrini ağır məğlubiyyətə uğradır. Prezident Volodimir Zelenski fövqəladə səfərbərlik elan etsə də, bu daxili siyasi böhranı dərinləşdirir.
5. Putin üçün fəlakət – Ukrayna üçün yeganə şans
CNN-in fikrincə, Ukrayna üçün yeganə müsbət nəticə bu variantdır. Burada Moskva resurs çatışmazlığı, sanksiyaların ağır təsiri, Çin dəstəyinin zəifləməsi və daxildə elita narazılığı fonunda öz iradəsi ilə Ukraynadan çıxmağa məcbur olur. Bu, SSRİ-nin Əfqanıstandan çıxmasına bənzər bir proses ola bilər.
Telekanal qeyd edir ki, bu ssenarilərdən heç biri yalnız Putin və Trampın iradəsi ilə gerçəkləşə bilməz. Ukraynanın da birbaşa iştirak etməsi və razılaşmaya təsir imkanları olmalıdır.
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ