İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən adam qaçıran azərbaycanlılar axtarılır- 1500 dollara saxta pasport, “baqaj”da qaçış planı

Azərbaycana maşının yük yerində gələn, Buradan da saxta pasportla Gürcüstana keçmək istəyən Türkiyə vətəndaşı həbs edilib.

Musavat.com xəbər verir ki, 32 yaşlı A.Çalım Türkiyədə cinayət törətdiyi üçün həbs ediləcəyini bilib. Buna görə də ölkədən qaçmaq fikrinə gəlib.

Ölkədən çıxışına qadağa qoyulduğu üçün qanuni yolla sərhəddi keçə bilməyəcəyini bilən A.Çalım Türkiyədə tanıdığı Qurban adlı Azərbaycan vətəndaşı ilə əlaqəyə girib. Qurban və tanışlarının köməkliyi ilə 1500 dollar qarşılığında minik avtomobilinin yük yerində Türkiyədən Naxçıvana gəlib.

Bir neçə gün Naxçıvanda qaldıqdan sonra Təyyarə ilə Bakıya gələn A.Çalım Binədə Tufan adlı şəxsin vasitəsi ilə kirayəyə ev tapıb. İki övladı və yoldaşı da Türkiyədən Bakıya gələrək onunla birlikdə yaşamağa başlayıb.

Bir neçə ay Bakıda gizlənə bilən A.Çalım bu müddət ərzində kuryer işləyib. İş tapa bilmədiyi üçün Gürcüstana getmək istəyən A.Çalım yenidən Qurban adlı şəxslə əlaqə saxlayaraq saxta pasport düzəltməsini istəyib. 1500 dollara saxta pasport alan A.Çalım sərhəddi keçmək istəyərkən saxlanılıb.

Məsuliyyətə cəlb edilən A.Çalım peşman olduğunu deyib. Onun barəsində 8 ay həbs cəzası çıxarılıb. Bu cəzası başa çatdıqdan sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılaraq Türkiyəyə göndəriləcək. Orada isə törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunacaq.

A.Çalımın türkiyədən qaçmasına, ona saxta pasport hazırlanmasında kömək edən şəxslər abrəsində isə ayrıca araşdırma aparılır.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR