İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kişineu Böyük Ürəklər Marafonu” keçirilib - FOTOLAR

25 sentyabrda Moldovada keçirilmiş “Kişineu Böyük Ürəklər Marafonu” adlı tədbirdə Moldovada yaşayan azərbaycanlı gənclər Şuşaya həsr edilmiş idman köynəklərində iştirak ediblər.

Musavat.com-un xəbərinə görə, Moldovanın paytaxtında hər il təşkil olunan ənənəvi idman tədbirinə 60-a yaxın ölkədən 10 mindən çox marafonçu qoşulub.

Tədbir iştirakçıları arasında dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, Moldovada akkreditə olunmuş beynəlxalq təşkilat və diplomatik nümayəndəliklərin əməkdaşları, xarici qonaqlar və çoxsaylı idmançılar yer alıb.

İdman tədbirinə ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və Səfirliyin əməkdaşları, yerli və azərbaycanlı gənclər və tələbələr, Kişineuda yerləşən Neçuy Leviçkovo Liseyinin şagirdləri “Şuşa”, “Xarıbülbül” və “Azərbaycan” loqolu köynəklərlə qatılıb. Ölkəmizə dair atributların əks olunduğu idman köynəkləri digər marafon iştirakçılarının geniş marağına səbəb olub, onlara səfir tərəfindən Azərbaycan, mədəniyyət paytaxtımız Şuşa barəsində, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şanlı Zəfər əldə edildikdən sonra azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.

Kişineu marafonunda azərbaycanlı gənclər finiş xəttini ilk keçən 10 iştirakçı sırasında olub.

Marafonda gənclərimizin Şuşaya həsr edilmiş idman köynəklərində iştirakı Moldova KİV-də rumın və rus dillərində işıqlandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR