İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişilərin məscidə girişi QADAĞAN EDİLDİ - Bu ölkədən ŞOK QƏRAR

İsrail polisi fələstinli kişilərin məscidə daxil olmasını qadağan edib.

Musavat.com xəbər verir ki, "Al Jazeera" məlumat yayıb.

"Al Jazeera"nin bölgədəki müxbiri Nataşa Qoneymm bu qadağanın həyata keçirildiyinin şahidi olduğunu söyləyib. Şahidlərin mediaya verdiyi ifadələr də jurnalistin sözlərini sübut edir. Hadisə şahidləri bildiriblər ki, 40 yaşdan aşağı fələstinli kişilər İsrail polisi tərəfindən Məscidi-əl-Əqsaya buraxılmayıb.

642e904f4e3fe0184c79421e.jpg (67 KB)

Onlarla israilli mühacir cümə axşamı səhər saatlarında İsrail polisinin himayəsi altında əl-Əqsa məscidinin həyətinə daxil olub.

Qeyd edək ki, xarici mediada yer alan xəbərlərə görə, Pasxa bayramı səbəbindən fanatik yəhudilər basqın və qurbankəsmə çağırışları edib. Çubuq və rezin güllələrdən istifadə edilən basqında onlarla insan yaralanıb. 

Təravih namazından sonra fələstinlilər İsrail əleyhinə şüarlar səsləndiriblər. Hadisələrə görə 450 fələstinli saxlanıb. Bundan sonra isə əl-Əqsa məscidi kompleksinin içərisində olan Qiblə məscidinə sığınıblar. Fələstinlilər İsrail polisinin içəri girməsinin qarşısını almaq üçün məscidin qapılarını bağlayıblar. Bundan sonra İsrail polisi yaşı 40-dan aşağı olan fələstinli kişilərin məscidə girişini qadağan edib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR