İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In yenə ABŞ-a qəzəbləndi: görün nə edəcək

ABŞ və Cənubi Koreyanın bölgədəki hərbi təlimləri onlara əks nəticə verə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu xəbərdarlıqla Şimali Koreyanın Müdafiə Nazirliyi çıxış edib.

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, Şimali Koreya özünə qarşı təhdidlərə cavab verməyə hazırdır: "ABŞ-ın dövlətimizin suverenliyinə və regiondakı vəziyyətə ciddi təhlükə yaradan blef hərbi hərəkətləri qaçılmaz olaraq onların öz ölkələrinin təhlükəsizliyi üçün ciddi mənfi nəticələrə gətirib çıxaracaq”.

Qeyd olunur ki, Pxenyan “əzici çəkindirici qüvvələrdən istifadə etməklə” ABŞ-ı KXDR-ə qarşı təxribatların səviyyəsi nə qədər yüksək olarsa, Vaşinqton üçün təhlükə səviyyəsinin də bir o qədər yüksək olduğunu başa düşməyə məcbur edəcək: "Şimali Koreya Silahlı Qüvvələri heç bir halda düşmən qüvvələrin dövlətin suverenliyinə və təhlükəsizliyinə ən kiçik təhdidinə belə yol verməyəcək və ABŞ-ın təcavüzkar niyyətlərini cilovlamaq üçün möhtəşəm gücdən istifadə edəcək".

Qeyd edək ki, Kim Çen In Cənubi Koreya Respublikası ilə ABŞ tərəfindənAmerikanın B-1B bombardmançılarının iştirakı ilə təşkil olunan birgə hava təlimlərinə qəzəblənib: "ABŞ və Koreya Respublikasının hazırkı hərbi məsuliyyətsiziyi dövlətimizin təhlükəsizliyinə açıq təhdiddir və regionda hərbi gərginliyi həddindən artıq təhlükə səviyyəsinə çatdıran ciddi təxribatdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR