Onlayn ictimai-siyasi qəzet
Türkiyədə prezident və parlament seçkilərində məğlub olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun başı dərddədir.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Ankara Baş prokurorluğu tərəfindən Kılıçdaroğlu ilə bağlı 30-a yaxın dosye müvafiq qurumlara göndərilib.
Məlumata görə, şikayətlər müvafiq idarələr tərəfindən araşdırılacaq və sübutlar toplandıqdan sonra məhkəməyə müraciət ediləcək.
Əlavə edək ki, Kılıçdaroğluya qarşı “Prezidenti təhqir etmək”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək”, “təhdid”, “böhtan”, “təhqir”, “terror təşkilatı təbliğatı” və “təşkilatçılıq” ittihamları irəli sürülüb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ