Onlayn ictimai-siyasi qəzet
Ermənistandakı etiraz aksiyalarının rəhbəri, Erməni Apostol Kilsəninin arxiyepiskopu Baqrat Qalstanyan baş nazirliyə namizəd olmaq iddiasını ortaya qoyub. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
“Görüşlərdə bəzi siyasi qüvvələr siyasi məsuliyyəti öz üzərinə götürəcəyi təqdirdə, Baqratın namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Amma bu, parlamenti konstitusiyaya dəyişiklik etməyə çağırmağı nəzərdə tutur. Söhbət ikili vətəndaşlığı olan şəxslərin baş nazirliyə namizəd olmasını qadağan edən maddənin götürülməsindən gedir”, deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilir ki, Baqrat Qalstanyan tezliklə parlamenti Konstitusiyanın ikili vətəndaşlığı olanların Ermənistan baş nazirliyinə namizəd kimi irəli sürülməsini qadağan edən müddəasını dəyişdirməyə çağıracaq. O da məlumdur ki, Baqrat Qalstanyan hazrda həm Ermənistan, həm də Kanada vətəndaşlığı var. Konstitusiyada həmin müddəanın dəyişdirilməsi üçün deputatların 2/3-nin səsi tələb olunur.
"Əslində, müxalifət nümayəndələri Baqrat Qalstanyanı xərcləməyə qərar veriblər".
Musavat.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən bildirib. Politoloq qeyd edib ki, keşişin hakimiyyət arzusu Ermənistanı orta əsrlərə sürükləyir:
"Erməni keşiş Baqrat Qalstanyan bir neçə müxalif partiya lideri ilə qapalı görüş keçirdikdən sonra ilk dəfə baş nazirliyə iddiasını səsləndirib. Keşişin sözlərinə görə, partiya liderləri onun namizədliyini dəstəkləməyə hazırdılar. Ancaq keşiş bunun üçün katolikosun razılığının alınması gərəkliyini bildirib.
Əslində, keşişlə görüşən müxalifət nümayəndələri Baqrat Qalstanyanı xərcləməyə qərar veriblər. Müxalifət liderləri bilirlər ki, əgər onlar Nikol Paşinyanı devirə bilmədilərsə, keşişdə də bu alınmayacaq, sadəcə indi özləri irəli çıxa bilmədiklərinə din xadimini irəli sürüblər. Din xadiminin hakimiyyət arzusu Ermənistanı orta əsrlərə sürükləyir. Keşiş katolkosu pis vəziyyətdə qoyacaq. Katolikos sözdə siyasətə qarışmadıığını bildirir, ancaq əgər o nümayəndəsinə baş naziri devriməklə bağlı xeyir-dua versə, hökumətlə qarşıdurmaya gedəcək. Belə olan halda Nikol Paşinyan kilsənin maliyyəsini azaldacaq".
Xalidə Gəray
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ