İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəşfiyyatçı adı ilə villa kirayələyib


Qızı Una ilə birlikdə Mayorkada istirahət edən aktrisa Ember Hörd orada Marta Ceyn Kannari adı ilə dəbdəbəli villa kirayələyib.

Hollivud ulduzunun seçdiyi təxəllüs Vəhşi Qərb dövründə yaşamış Amerika kəşfiyyatçısının adıdır.

Emberin kirayələdiyi ev isə korrupsiya ittihamı ilə 14 illik həbs cəzasının 7 ilini çəkdikdən sonra 2020-ci ildə həbsdən çıxan keçmiş siyasətçi Maria Antonia Munara məxsusdur.

Qeyd olunur ki, ada sakinləri orada məskunlaşan məşhur aktrisanı tanısalar da, ona xüsusi diqqət göstərməyiblər.

Məlumata görə, Hörd burada ispan dilinin meksika aksenti ilə danışır və uşağı bütün analar kimi oyun meydançasına aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR