İnsanlara hürriyət, millətlərə istiqlal!

Kennedinin qətli ilə bağlı MİNLƏRLƏ GİZLİ SƏNƏD üzə çıxdı

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədləri araşdırmaq və açıqlamaq vəzifəsi daşıyan şuraya heç vaxt təqdim edilməmiş 2400-ə yaxın qeydi üzə çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə iddia ilə "Axios" xəbər platforması çıxış edib.

Xəbərdə bu qeydlərin FTB-nin apardığı araşdırma çərçivəsində üzə çıxardığı 14 min səhifəlik sənədlərə daxil edildiyi bildirilib.

Kennedinin qətli ilə bağlı ən böyük onlayn arxivə malik olan Meri Ferrell Fondunun vitse-prezidenti Cefferson Morli iddialarla bağlı deyib: "Bu, olduqca böyük bir inkişafdır. Bu, FTB-nin bu məsələyə ciddi yanaşdığını göstərir".

Qeyd edək ki, yanvarın 23-də ABŞ prezidenti Donald Tramp keçmiş prezident Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən fərman imzalayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR