İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənddə biabırçılıq: Bacısı elə hərəkətlər etdi ki, qardaşı... – Şok təfərrüat

Cəlilabad rayonunda 1983-cü il təvəllüdlü Kazım bacısı Lətifəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Kazım eyni həyətdə və evdə olmaqla ayrı-ayrı otaqlarda yaşadıqları Cəlilabad rayonunun kəndində yerləşən atalarına məxsus olmuş evin, həyətyanı torpaq sahəsinin bölgüsü ilə bağlı bacısı Lətifə ilə aralarında narazılıq olub.

Kazım 15 noyabr 2022-ci ildə, saat 11 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında növbəti dəfə baş vermiş mübahisə zamanı bacısına yad kişiləri yaşadığı evə gətirməsinə irad tutub.

Lətifənin onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir etməsi, əxlaqa zidd hərəkətlərini davam etdirəcəyini söyləməsi Kazımı daha da əsəbiləşdirib. O, bacısı öldürmək qərarına gəlib. Əvvəlcə həyətdən götürdüyü ağac parçası ilə evin dəhlizində Lətifənin boynuna bir zərbə vurub.

Daha sonra yaşadığı evin eyvanının məhəccərindən asılı olan pres ipini götürərək dəhlizdə yerə yıxılmış bacısının sinəsi üzərində oturub və ipi bacısının boynuna dolayıb. O, bacısını boğaraq öldürüb.

İstintaq orqanı tərəfindən Kazımın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Bacımı qəbul etmədilər”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kazım elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, evlidir, himayəsində dörd azyaşlı uşağı var, ailəsi ilə birlikdə Cəlilabad rayonunun kəndində atasına məxsus olmuş evdə yaşayıb: “Lətifə mənim bacımdır. 2015-ci ildən etibarən bacım da bir azyaşlı uşağı ilə mənim yaşadığım evdə yaşayıb.

Lətifə təxminən 2007-ci ildə adını bilmədiyim Biləsuvar rayon sakini ilə qeyri-rəsmi qaydada evlənib və bir müddət həmin şəxsin evində yaşayıb. Bir neçə aydan sonra qeyri-əxlaqi hərəkətlərinə görə Lətifəni qəbul etmədilər. Lətifə geri - yaşadığımız kəndə qayıtdı.

Sonradan o, yenə öz hərəkətlərini davam etdirdi. Həmkəndlimiz Səid adlı şəxslə qeyri-rəsmi sevgi münasibətlərində oldu”.

“Bir daha üstümüzə qayıtdı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Lətifə təxminən 1 ilə qədər ata evində qalıb: “Daha sonra atam qeyri-əxlaqi hərəkətlərinə görə onu evdən qovdu. Lətifə bir müddət qardaşım Əliyarın evində yaşamağa başladı. Əliyarın evində yaşadığı müddətdə Səidlə nikahdankənar bir oğlan uşağı doğuldu.

Lətifə Əliyarın evində bir neçə il yaşadıqdan sonra 2014-cü ildə onu evdən çıxardılar, bizim yaşadığımız ata evinə gətirdilər. Atam da məcbur qalaraq Lətifənin uşağı ilə bizimlə birlikdə yaşamasına razılıq verdi. Lətifə bizimlə yaşamağa başlasa da, demək olar ki, onu danışdırmamışam, yalnız nəsə olanda qısaca danışmışam”.

“Ev tikməsinə razılaşdım”

Kazımın sözlərinə görə, atası 2017-ci ildə vəfat etdikdən sonra Lətifə ilə münasibətləri pisləşib:

“Buna səbəb onun tez-tez evdən çıxaraq harasa getməsi, müxtəlif şəxslərlə görüşməsi olub. Həmçinin Lətifə məndən ata mülkünün, yəni həyətyanı torpaq sahəsinin yarısını tələb edirdi. 2019-cu ildə qardaşlarımın da köməkliyi ilə ata evinin həyətində Lətifə üçün ev tikilməyə başlandı.

Nikahdankənar uşağının olmasına, qeyri-əxlaqi hərəkətlərinə görə Lətifənin bizimlə birlikdə ata mülkündə yaşamasını istəmədim. Bununla bağlı Lətifə və qardaşlarımla aramızda dəfələrlə mübahisələrimiz oldu.

Atam sağlığında yaşadığımız evi və həyəti böyük qardaşım Vəlinin oğlu Ədilə vəsiyyət etdiyindən məcbur qalaraq Lətifənin orada ev tikməsi ilə razılaşdım”.

“Qəzəbli olmuşam”

Kazım qeyd edib ki, birgə yaşadıqları müddətdə məişət və təsərrüfat işləri ilə bağlı Lətifənin həm onunla, həm də arvadı ilə tez-tez mübahisələri olub: “Tez-tez kənd ərazisində Lətifənin əxlaqsız hərəkətlər etməsi barədə söz-söhbətlər eşitmişəm. Bu səbəbdən Lətifəyə qarşı qəzəbli olmuşam.

O, ata evində, evin girişindən soldakı və giriş qapısı ilə üzbəüz otaqda uşağı ilə birlikdə yaşayırdı. Evin girişi ilə üzbəüz qapını da bağladı və həmin qapıdan istifadə etmədi. Otağa giriş başqa yerdən oldu.

Özüm də ailəmlə birlikdə evin girişindən sağdakı otaqlarda qalmışıq. Lətifə və uşağı bizim qaldığımız otaqlara, mətbəxə gəlməyib. Həmçinin biz də Lətifəgilin qaldığı otağa getməmişik”.

“Kişi ilə evə girdiklərini gördüm”

Təqsirləndirilən şəxs deyib ki, 15 noyabr 2022-ci ildə gecə saatlarında ayaqyoluna gedərkən Lətifə üçün tikilən ev tərəfdən işıq gəldiyini görüb: “Orada Lətifənin əlində fənər olan bir nəfər kişi ilə tikilməkdə olan evə girdiklərini gördüm. Lətifənin orada kiminləsə görüşməsindən şübələnsəm də, ora getsəm özümü saxlaya bilməyib hadisə törədəcəyimdən ehtiyatlandım. Buna görə də getmədim.

Həmin gün saat 2 radələrində mətbəxin pəncərəsindən Lətifənin evin arxasından gələrək otağa daxil olduğu gördüm”.

“Evə yad kişi gətirdiyini bildirdim”

Kazımın sözlərinə görə, həmin gün saat 10 radələrində həyətdə odun doğrayarkən Lətifəni görüb:

“Axşam onun həyətimizdə kiminləsə görüşməsindən qəzəbli olduğum üçün özümü saxlaya bilmədim, niyə belə hərəkətlər etdiyini, evə yad kişi gətirdiyini, bizi kənddə biabır etdiyini bildirdim. Lətifə isə “əcəb edirəm, öz həyatımdı, özüm bilərəm” cavabını verdi.

Lətifənin belə danışmağından daha da qəzəbləndim və həmin anda onu öldürməyi qərara aldım. Doğradığım odun parçalarından birini götürərək eyvana getdim. Lətifə evin girişində dayanaraq onun həyatına heç kimin qarışa bilməyəcəyi məzmunda danışmağa davam etdi. Mənim və ailə üzvlərimin ünvanına nalayiq söyüşlər söydü.

Evin giriş qapısından içəri daxil olan kimi əlimdəki ağac parçası ilə Lətifənin boyun nahiyəsinə zərbə vurdum. Zərbənin təsirindən Lətifə arxası üstə yerə yıxıldı”.

“Müqavimət göstərdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yerə yıxılmış yarıhuşsuz halda olan Lətifənin sinəsi üzərində oturub və əli ilə onu boğmağa başlayıb:

“Lakin Lətifə mənə müqavimət göstərdi, əlimdən çıxmağa çalışdı. Məni kənara itələməyə çalışarkən üzümü cırmaqladı və sifətimin sağ nahiyəsi sıyrıldı.

Lətifəni əlim ilə boğub öldürə bilmədiyim üçün evin eyvanında, məhəccərdən press ipi asıldığını gördüm. İpi götürüb yenidən yarıhuşsuz vəziyyətdə uzanmış Lətifənin sinəsi üzərində oturdum, press ipini onun boynuna dolayaraq boğmağa davam etdim. Təxminən 2-3 dəqiqə sonra Lətifənin hərəkət etmədiyini, artıq öldüyünü bildim.

Həmin vaxt arvadım eyvana qalxdı. Mənim Lətifənin üzərində oturub onu boğduğunu gördü. Arvadım bizə tərəf gəldi və məni kənara itələdi. Lətifənin əlindən tutaraq yuxarı qaldırmaq istədi. Sonra Lətifənin artıq öldüyünü dedim.

Arvadım məndən nə baş verdiyini soruşdu. Lətifə mənə nalayiq sözlər dediyi üçün və etdiyi hərəkətlərinə dözə bilməyərək onu boğüb öldürdüyümü bildirdim”.

“Meyiti cücə damına apardım”

Kazım deyib ki, daha sonra arvadına hadisə yerindən getməyi, bu barədə heç kimə heç nə deməməyi tapşırıb: “Atvadım Lətifəni öldürdüyüm üçün məni həbs edəcəklərini dedi. Mən isə meyiti gizlədəcəyimi dedim. Bir daha bu barədə heç kimə heç nə deməməli olduğunu söylədim.

Sonra arvadıma kartof sahələrində işləmək üçün fəhlə tapmağı tapşırdım. O, eyvandan düşərək fəhlə axtarmağa getdi. Mən isə evdən adyal gətirərək meyiti adyala bükdüm.

Meyiti adyala bükərkən onun üzərindən markasını bilmədiyim mobil telefon yerə düşdü. Telefonu götürərək cibimə qoydum. Sonra meyiti kimsənin görməməsi üçün həyət darvazasının yanındakı cücə damına apardım. Lətifənin telefonunu söndürərək yenidən cibimə qoydum”.

“Arvadıma imkan vermədim ki...”

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra həyətdə saxladığı özünə məxsus “VAZ-21011” markalı avtomobili cücə damının qarşısına sürüb:

“Lətifənin meyitini adyala bükülü halda avtomobilin baqajına qoydum. Cinayəti gizlətmək üçün meyiti kartof əkdiyim torpaq sahəsinin yaxınlığına apararaq orada basdırmağı, həmçinin hadisə vaxtı özümün və Lətifənin əynində olan paltarları yandırmağı qərara aldım.

Bir qədər sonra arvadım qayıdaraq gəldi, kartofu çıxarmaq üçün fəhlə danışdığını dedi. Arvadım Lətifənin öldürməyimdən söz salmaq istəsə də, ona bu mövzunu bir daha açmamasını dedim. Bir qədər sonra avtomobillə kartof əkdiyim yerin yaxınlığında çöllük əraziyə getdim. Maşını yolun kənarında saxladım. Lətifənin cibimdə olan mobil telefonunun üzərindəki iki simkartı çıxardım. Sonra simkartları və telefonu yolun kənarındakı kanala atdım.

Avtomobili çöllüyə sürdüm, çökək yer tapdım və Lətifənin meyitini avtomobilin baqajından götürdüm. Qamışlıq ərazidə meyiti gizlətdim. Gündüz vaxtı meyiti basdırmaq üçün qazıntı işləri apardığım halda kiminsə görə biləcəyini düşündüm. Meyiti qamışlıqda gizlədib qaranlıq düşdükdən sonra basdırmağı qərara aldım”.

“Benzin tökərək yandırdım”

Kazım deyib ki, daha sonra avtomobillə yaşadığı evə qayıdıb: “Saat 15 radələrində arvadımla birlikdə qonşu kənddə yaşayan əmisigilə yas mərasiminə getdik. Evə gəldikdən sonra arvadımdan xəbərsiz özüm üçün təmiz paltar götürüb avtomobilə qoydum ki, Lətifənin meyitini basdırdıqdan sonra hər hansı iz qalmaması üçün paltarlarımı dəyişim. Özümün və Lətifənin əynində olan paltarları isə yandırmaq qərarına gəldim.

Saat 18 radələrində qaranlıq düşdükdən sonra avtomobilimlə əvvəlcə meyiti basdırmaq üçün bel götürmək məqsədilə kartof sahəsinə getdim. Oradan iki bel götürüb Lətifənin meyitini gizlətdiyim yerə getdim. Ətrafdan heç kim görmədiyinə əmin olduqdan sonra meyiti basdırmaq üçün yeri qazdım. Meyit bükülü ədyalı açaraq onun əynindəki üst paltarlarını çıxardım.

Daha sonra meyiti alt palarında qazdığım yerə atdım, üzərini torpaqladım. Sonra öz paltarlarımı dəyişdim. Əynimdə olan göy rəngli cins şalvar, qara rəngli ayaqqabı və göy rəngli uzunqol köynəyi, habelə Lətifənin həmin gün əynində olmuş qara rəngli şalvar, ağ rəngli köynəyi sellofan torbaya qoydum. Qazıntı zamanı istifadə etdiyim belləri, meyiti bükdüyüm ədyalı və paltarları yığdığım sellofan paketi avtomobilə qoydum.

Cəlilabad şəhəri, Kirovka adlanan yer istiqamətində kartof sahəmin yaxınlığına getdim. Kanalizasiya sularının axıdıldığı arxın yanında avtomobili saxladım. Meyiti torpağa basdırarkən istifadə etdiyim belləri mişarla kəsərək bir neçə hissəyə böldüm və arxa atdım. Sonra avtomobili bir qədər də irəli sürdüm.

Arxın kənarında maşını saxladım. İçərisində su olmayan arxda Lətifənin və özümün paltarlarımı, meyiti bükdüyü adyalı, Lətifəni boğduğum press ipini üzərinə benzin tökərək yandırdım”.

“Bacımı tək öldürmüşəm”

Təqsirləndirilən şəxs bildirib ki, bütün bunlardan sonra avtomobilə əyləşib və evinə qayıdıb:

“Arvadım məndən Lətifənin meyitini hara apardığını soruşdu. Mən də meyiti çöllük ərazidə basdırdığımı bildirdim və başqa məlumat vermədim. Bacımı öldürməyimi arvadımdan başqa heç kim bilməyib, görməyib və məlumatlı olmayıb.

Əvvəllər yaşadığım evin həyətində kanalizasiya yeri düzəltmək üstündə Lətifə ilə aramızda mübahisə olub. Buna görə o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məndən və arvadımdan şikayət edib. Lətifə mübahisə vaxtı bizim ata evində qalmağımızı istəmədiyini, evdən çıxmağımızı bildirdib. Mən isə əksinə, onun ata yurdunda yaşamağa layiq olmadığını, əxlaqsız hərəkətləri ilə nəslin adını batırdığı üçün onun ata yurdundan çıxmalı olduğunu demişəm.

Əvvəlcədən Lətifəni öldürmək fikrim olmasa da, hadisə günü Lətifənin dediyi nalayiq sözlərə görə qəzəbləndim, onu iplə boğaraq öldürdüm. Lətifəni tək öldürmüşəm. Bu işdə mənə heç kim, o cümlədən arvadım və qayınım kömək etməyib”.

“Peşman deyiləm”

Kazım qeyd edib ki, bu qətl hadisədən bir neçə gün sonra bacısı Lətifənin evdən çıxaraq getməsi ilə bağlı qardaşı rayon polis şöbəsinə ərizə verib: “Bu səbəbdən biz polis şöbəsinə çağırılaraq dindirildik. Noyabrın 20-də törətdiyim cinayət hadisəsini tam etiraf etdim.

Sonra Lətifənin meyitini basdırıldığı yeri istintaq orqanına göstərdim. Bacımı əxlaqsızlıqla məşğul olduğu üçün öldürmüşəm. Əməlimdən peşman deyiləm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kazım 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR