Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Sabunçu rayon sakini Sona Bağırova və onun yenityetmə oğlu telefon almaq istəyərkən dələduzluqla üzləşiblər.
Musavat.com xəbər verir ki, zərərçəkənlər telefon almaq üçün instaqramdakı bir satış səhifəsinə müraciət edib.
Ana-oğul səhifəni işlədənlərin onlardan istədikləri pulu ödəyib. Onlara telefonun sifariş edildiyi və poçtla göndəriləcəyi deyilsə də, vədə əməl olunmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.
Daha ətraflı Xəzər TV-nin süjetində:
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ