İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fironun lənəti”ndən ümid doğdu: Xərçəngin kökünü kəsən maddə görün harada tapıldı

Misirdə qədim fironların məzarını açan alimlərin müəmmalı şəkildə vəfat etməsi illərlə "Fironun lənəti" kimi tanınıb. İndi isə bu hadisələrin səbəbi olan ölümcül göbələk - Aspergillus flavus - tibb üçün yeni bir ümidə çevrilib.

Alimlər bu göbələyin ifraz etdiyi maddələrin xüsusilə qan xərçəngi olan lösemiyə qarşı güclü təsir göstərdiyini aşkar ediblər. Almaniyada aparılan araşdırmalarda bu maddə xərçəng hüceyrələrini hədəf alaraq sağlam hüceyrələrə zərər vermədən onları məhv edib.

Professor Hans-Ulrich Müller deyib: "Bu, minlərlə insanın həyatını xilas edə biləcək bir tibbi inqilab ola bilər."

Beləliklə, bir zamanlar qorxu və əfsanə ilə xatırlanan "Fironun lənəti" bu gün elmin xərçənglə mübarizəsində güclü silaha çevrilir.//Milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR