İnsanlara hürriyət, millətlərə istiqlal!

CAR-da qanunsuz miqrantların məskunlaşdığı ərazidə güclü partlayış olub

Cənubi Afrika Respublikasının Yohannesburq yaxınlığındakı Slovo Parkının qanunsuz yaşayış məntəqəsində baş verən güclü partlayış yanğına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə yerli EWN radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hadisəyə səbəb qeyri-qanuni faydalı qazıntılarla məşğul olan şəxslərin birinin evində saxladığı partlayıcı maddələr olub. Partlayışda azı üç nəfər yaralanıb, 100-dən çox ailənin evi dağılıb. Hadisə yerində polis işləyir.

CAR-da qeyri-qanuni yaşayış məntəqələri əsasən digər Afrika ölkələrindən gələn miqrantlar tərəfindən tikilir. BMT ekspertlərinin hesablamalarına görə, hazırda bu ölkədə üç milyona yaxın qanunsuz miqrant var. Onların bir çoxu tərk edilmiş mədənlərdə qızıl və platin hasilatı ilə məşğuldur. Ölkədə istismardan çıxarılan və ya sahibləri tərəfindən tərk edilmiş 3 000-dən çox mədən var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR