İnsanlara hürriyət, millətlərə istiqlal!

Kələkbaz obrazının mahir ifaçısı olan aktyor kələklə üzləşib

Rusiyada polis əməkdaşları tanışının dələduzluq etməsi, nəticədə şikayətçinin əmanətlərini itirməsi və gözlənilən ödənişləri almaması barədə məlumat verən 41 yaşlı kişinin müraciəti əsasında araşdırma aparır.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, bu barədə paytaxt polisinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 24-də 1982-ci il təvəllüdlü kişi Rusiyanın Presnenski rayonu üzrə polis idarəsinə müraciət edib. O, ortaq biznesdə iştirak etmək üçün dostuna pul köçürdüyünü, lakin gözlənilən ödənişləri almadığını deyib.

Şikayətçinin sözlərinə görə, o, dələduzluq fəaliyyətinin qurbanı olub.

“Bu faktla bağlı yoxlama aparılır, onun nəticələrinə əsasən qanunvericiliyə uyğun qərar veriləcək”, - agentliyin həmsöhbəti bildirib.

Hüquq-mühafizə orqanları aktyor Artem Tkaçenkonun polislə əlaqə saxlamasına aydınlıq gətirib. O, 2021-ci ilin sonunda sahibkar Qriqori M. ilə görüşdüyünü, onu kriptovalyutalarla ticarət əməliyyatları ilə bağlı biznesə investisiya qoymağa və hər ay gəlirin 10%-ni almağa dəvət etdiyini söyləyib.

“Daha sonra mənfəət azaldı və sonra kripto pul kisəsinə giriş bağlandı. İlkin ziyan təxminən 200 min dollar və 6 milyon rubl təşkil edib”, - deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi əlavə edib.

Artem Tkaçenko 1982-ci ildə Kalininqradda anadan olub. O, “Ekspropiator”, “Qılıncdaşıyan”, “İndiqo”, “Qırmızı kraliça”, “Şeytan ovu”, “Sezar”, “Cənub gecələri”, “Bir nəfəs” kimi film və seriallarda rol alıb.

Maraqlıdır ki, aktyor “Ekspropiator” serialında fırıldaqçı oğru obrazını ustalıqla yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR