İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş məhkum kəşfiyyat idarəsinin rəisi təyin olundu

Polis və ədliyyə orqanlarında kök salan FETÖ-çü hakim, prokuror və təhlükəsizlik işçilərinin quraşdırdığı saxta cinayət işi üzrə uydurma iddialarla 3 il həbs cəzası alan Gökhan Çiloğlu Diyarbakır İl jandarma komandanlığında idarə rəisi təyin edilib və briqada generalı rütbəsi alıb.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, 2011-ci ildə mayor rütbəsində olan Çiloğlu “Balyoz” adlanan qurama çevriliş planı çərçivəsində həbs edilib və 3 il Mamak hərbi həbsxanasında yatıb.

Azadlıqdan məhrum olan Çiloğlu məruz qaldığı bu qanunsuzluğa məhbəsdə hüquq təhsili almaqla cavab verib.

Həbsxanada olarkən universitet imtahanlarına hazırlaşan Gökhan Çiloğlu Başkent Universitetinin hüquq fakültəsinə daxil olub.

Daha sonra “Balyoz” planının uydurma sui-qəsd işi olduğu aydınlaşınca, Gökhan Çiloğlu haqqındakı hökm götürülüb və o, məruz qaldığı böhtanlardan bəraət qazanıb.

Bəraət hökmü qüvvəyə mindikdən sonra vəzifəsinə bərpa edilən Gökhan Çiloğlu əvvəlcə polkovnik-leytenant, sonra isə polkovnik rütbəsi alıb.

Türkiyənin ABŞ-dakı Vaşinqton səfirliyində DİN-in hərbi müşaviri vəzifəsində çalışan Çiloğlu briqada generalı rütbəsi alıb və Diyarbəkir İl jandarma komandanlığının kəşfiyyat idarəsinin rəisi təyin edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR