İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş deputat yeni vəzifəsinin icrasına başladı


Oktyabrın 15-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) yeni baş katibi Ramil Həsən vəzifəsinin icrasına başlayıb.

Musavat.com Milli Məclisə istinadən xəbər verir. Bu münasibətlə TÜRKPA-nın Baş ofisində təhvil-təslim mərasimi keçirilib.

Tədbiri açan sabiq baş katib Mehmet Süreyya Er Türk dünyasında əməkdaşlığın getdikcə möhkəmlənməsindən, türk dövlətləri başçılarının siyasi iradəsinin bu prosesdəki mühüm rolundan bəhs edib. O, katibliyə rəhbərliyi dövründə görülən işlərdə əməyi keçən hər kəsə, o cümlədən TÜRKPA Katibliyinin əməkdaşlarına minnətdarlığını ifadə edib.

Mehmet Süreyya Er yeni baş katib Ramil Həsənin vaxtilə TÜRKPA-nın ilk baş katibi olduğunu xatırladıb, onun yenidən bu vəzifəyə qayıtmasını təşkilatın inkişafı baxımından əhəmiyyətini vurğulayıb, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Sonra TÜRKPA-nın yeni baş katibi Ramil Həsən çıxış edərək, Mehmet Süreyya Erə baş katib kimi səmərəli fəaliyyətinə görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. O, qeyd edib ki, TÜRKPA-nın Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş 14-cü plenar sessiyasında Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə baş katib seçilib. Ramil Həsən ona göstərilən yüksək etimadı doğrultmaq üçün əməyini əsirgəməyəcəyini bildirib.

O, qardaş və dost türk dövlətləri arasında inteqrasiyanın, əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. Çünki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Yeni baş katib Türk dövlətlərinin liderlərinin həyata keçirmiş olduqları tarixi missiyanın parlament müstəvisində davamı olan TÜRKPA-nın möhkəmləndirilməsi, Türk ailəsinin birliyinin və həmrəyliyinin dərinləşdirilməsi barədə fikirlərini bölüşüb, TÜRKPA Katibliyinin gələcək fəaliyyətinin prioritetlərini açıqlayıb, əməkdaşlıq və koordinasiyanın daha da gücləndiriləcəyini vurğulayıb.
Mərasimdə TÜRKPA-nın bayrağı yeni baş katibə təhvil verilib.

Qeyd edək ki, Milli Məclisin son iclasında R.Həsən yeni təyinatla əlaqədar olaraq deputatlıq fəaliyyətinə son qoyduğunu açıqlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR