İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaxa Kaladze seçkilərdə iştirakını təsdiqlədi-Qalib mənəm

Gürcüstan paytaxtı Tiflisin meri və hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze yerli özünüidarə orqanlarına keçiriləcək növbəti seçkilərdə iştirak edəcəyini rəsmi şəkildə təsdiqləyib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə o, “Imedi LIVE” proqramında çıxışı zamanı bildirib və seçki kampaniyasına hazırlıqların artıq başladığını vurğulayıb.

“Hazırda vəzifədə olan mer kimi seçkilərdə iştirak etməyi planlaşdırıram — bu barədə baş nazir də açıq şəkildə bəyan edib”, — deyə Kaladze qeyd edib. O əlavə edib ki, onun namizədliyinin rəsmi təqdimatı yaxın günlərdə baş tutacaq.

Kaladzenin sözlərinə görə, onun namizədliyi rəsmən irəli sürüldükdən sonra partiya həm Tiflisdə, həm də ölkənin digər regionlarında majoritar namizədləri elan edəcək.

“Biz artıq hazırlıqlara başlamışıq, işə girişmişik və çox yaxın vaxtlarda seçki kampaniyasını açıq şəkildə başlatacağıq, bu kampaniya isə aktiv mərhələyə keçəcək”, — deyə o bildirib.

Mümkün rəqiblərlə bağlı suala cavab verən Kaladze konkret adlar çəkməkdən imtina edib.

Kaladze partiyasının qələbəsinə tam əmin olduğunu da ifadə edib.

“Reytinqlərə gəlincə, açıq şəkildə deyə bilərəm: ‘Gürcü Arzusu’ elə bir qüvvədir ki, bütün bələdiyyələrdə və dairələrdə  Qələbə yüz faizlik olacaq”, — deyə o bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR