Onlayn ictimai-siyasi qəzet
Şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib.
Musavat.com xəbər verir ki, bu məlumatı Bloomberg öz araşdırmasına istinadən yayıb. Nəşrin məlumatına görə, o, Cənubi Sudan müxalifətinin lideri Piter Ajakı amerikalı maliyyəçi Robert Qranyeri ilə tanış edib.
Bu tanışlıq silahların alınması üçün 7 milyon dollar ayrılmasına səbəb olub. Vəsait hesabına Kalaşnikov avtomatlarının, qumbaraatanların və daşınan “Stinger” zenit sistemləri alınıb.
H.Kasparov isə Afrika ölkəsində baş verən iğtişaşlarda iştirakını inkar edib.
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ