Onlayn ictimai-siyasi qəzet
Belarusda kartof çatışmazlığı süni şəkildə və daxili siyasi səbəblərdən yaranıb.
Musavat.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko milli kinonun inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, kartof çatışmazlığının səbəbi araşdırılıb: "Dövlət Nəzarəti Komitəsi bəzi rəqəmləri yoxlayanda məlum oldu ki, burada söhbət siyasətdən gedir. Kifayət qədər kartof var idi, amma onu hardasa saxlayıblar ki, sonra desinlər, prezident qiymətə müdaxilə edir. Bax, məsələ belədir. Sonra o, əliqandallı gəldi, stolun üstünə qoydu, kartof üzə çıxdı".
Bundan əvvəl Lukaşenko kənd təsərrüfatı istehsalçıları qarşısında həm Belarusu, həm də Rusiyanı qane edəcək qədər kartof yetişdirmək vəzifəsini qoyduğunu açıqlayıb. Respublikanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən bildirilib ki, mövsümlərarası fasilədə kartofla fasiləsiz tədarükün təmin edilməsi məqsədilə 2025-ci ilin məhsulu üçün əkin sahələri 3 min hektara yaxın artırılıb. Belarus hökuməti həmçinin iyunun 26-dək Belarusun hüdudlarından kənara kartof ixracı üçün lisenziyalaşdırma tətbiq edib.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ