Onlayn ictimai-siyasi qəzet
“Belə görünür ki, Azərbaycan öz məqsədlərinə güc yolu ilə nail olmaq ideyasından əl çəkməyib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri yerli politoloq Karen Bekaryan deyib.
Onun sözlərinə görə, belə bir şəraitdə “sülh gündəmi”nin təbliği və bu istiqamətdə hər hansı irəliləyişdən danışmaq gülüncdir. Erməni politoloqun fikrincə, sülhün təşviqi ilə bağlı söhbətlər bugünkü reallıqların heç bir parametrini əks etdirmir.
Bekaryan hazırkı vəziyyətin sadəcə müqəddimə olduğunu vurğulayıb, “Artsaxı” (Qarabağda separatçı rejimə qoyulan uydurma ad-red.) diz çökdürən Bakı dayanmayacaq. Azərbaycanın məqsədi Ermənistanı tam və ya qismən diz çökdürməkdir. Təəssüf ki, bu, artıq baş verir və bu, bizim reallığımızdır”, - deyə erməni politoloq bildirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ