Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan Kann kinofestivalına qatılacaq.
Musavat.com xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb.
Röya gecəyə olan rəsmi dəvətin fotosunu yerləşdirərək mayın 21 və 22-də Kannda qırmızı xalçada olacağını bildirib.
Qeyd edək ki, hər il keçirilən Kann Film Festivalına kino, moda və şou-biznesin tanınmış simaları qatılırlar.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ