İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Kanadanın Rusiyadakı müvəqqəti işlər vəkili Brayan Ebel Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. O, Kanadanın xarici işlər naziri Melani Colinin Rusiya Federasiyasında rejim dəyişikliyi ilə bağlı bəyanatı ilə bağlı sərt etirazla üzləşib.

Kanadalı diplomata 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının iştirakçısı olan dövlət kimi Kanadanın öz öhdəliklərinə, habelə beynəlxalq hüququn tanınmış prinsip və normalarına zidd olan bu cür bəyanatların yolverilməzliyi barədə məlumat verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR