İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada Ukraynaya 8 ədəd “Leopard 2” tankı verəcək

Kanada yaxın həftələrdə Ukraynaya səkkiz ədəd “Leopard 2” tankı verəcək

“Report” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand bildirib.

“Kanada hazırda Ukraynada yerləşdirilən hava hücumundan müdafiə sistemlərini dəstəkləmək üçün Silahlı Qüvvələrinin arsenalından təxminən 8 min 155 mm-lik mərmi, eləcə də 12 zenit raketi təhvil verəcək”, - onun bəyanatında bildirilir.

Nazir qeyd edib ki, Kanada həmçinin 1 800-dən çox 105 mm-lik tank təlim sursatı verəcək. Bu sursat Danimarka, Almaniya və Niderlandın elan etdiyi “Leopard 1” tanklarının bağışlanması proqramını dəstəkləyəcək.

Anandın sözlərinə görə, Silahlı Qüvvələr fevralın sonunda Kanadanın vəd etdiyi əlavə “Leopard 2” əsas döyüş tanklarını çatdırmağa başlayıb. Kanada Ukraynaya səkkiz ədəd “Leopard 2” əsas döyüş tankı verib. Onlardan dördü artıq Kanada Silahlı Qüvvələrin bir qrup şəxsi heyətinin Ukrayna əsgərlərinə tanklardan istifadə etməyi öyrətdiyi Polşaya çatdırılıb.

Səkkiz “Leopard 2” əsas döyüş tankının hamısının, eləcə də Kanadanın verdiyi zirehli xilasetmə maşınının, dəstək avadanlığı və sursatının yaxın həftələrdə Ukraynada olacağı gözlənilir. 2022-ci ilin fevralından Kanada Ukraynaya 1 milyard dollardan çox hərbi yardım göstərib.

"Kanada Rusiyanın qanunsuz və əsassız müharibəsinə qarşı mübarizədə qətiyyətlə Ukraynanın yanındadır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndiririk və Ukraynanın hərbi ehtiyaclarına hərtərəfli hərbi yardımla cavab verməyə davam edirik”, - nazir bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR