İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini artırıb

Kanada Mərkəzi Bankı yüksək inflyasiya fonunda bir il ərzində yeddinci dəfə əsas faiz dərəcəsini illik 3,75%-dən 4,25%-ə qədər artırıb.

“Report” xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Kanadada və digər ölkələrdə inflyasiya yüksək səviyyədə qalır və iqtisadi artım çox ləng gedir.

Bu ölkədə inflyasiya hazırda son 40 ilin ən yüksək həddi olan 6,9% səviyyəsindədir. Eyni zamanda, enerji resurslarının bahalaşması Kanadada ərzaq və digər məhsulların qiymətlərinin artmasına səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR