İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamranla 1 – İranda polis nəzarət-buraxılış məntəqələri yandırılıb –Kamran Həsənli ilə Əjdər Tağızadə təhlil edir 

İranda bir neçə gündür davam edən etiraz aksiyaları səngimir. Aksiyaçılar dini hökumətə qarşı şüarlar səsləndirir və nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurmalar baş verir. İsfahanda qeydə alınmış görüntülərin birində isə etirazçıların polis nəzarət-buraxılış məntəqəsini yandırması əks olunub.

Xatırladaq ki, etirazlara səbəb sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini adlı qızın "əxlaq polisi" tərəfindən hicab bəhanəsi ilə döyülərək öldürülməsidir.

İranda Məhsa Əminin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu statistika sırf son bir neçə gün ərzində mediada və sosial şəbəkələrdə dərc olunan videogörüntü və xəbərlərə əsaslanır.
İranda dünən gecədən başlayaraq internetə, xüsusən də “Instagram” və “WhatsApp”a giriş məhdudlaşdırılıb.

Məşhəd və Təbrizdə “Bəsic” qüvvələrinin iki üzvü bıçaqlanaraq öldürülüb. Eyni zamanda, etirazçılar Təbrizdə məscid və polis bölməsinin yandırıb.
Bundan başqa, ötən gecə Qum şəhərində təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların sayı artırılıb. Etirazçıların çəkiliş aparmasına maneə yaradılıb.
Kirmanşah şəhərində isə etirazlarda 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

İranda yol qəzasında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB İranın Kirman əyalətində zəlzələ baş verib İran Mərkəzi Bankının saytı sıradan çıxıb.

İrandakı proseslər nədən xəbər verir və nə vəd edir? Bundan sonra nələr olacaq?

Bu və gündəmdəki digər xəbərləri bu gün Kamranla 1 verilişində aparıcı Kamran Həsənli müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR