Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda toy məclislərinin birinə şortikdə gedən müğənni Ayan Babakişiyeva ona yazılan tənqidlərə cavab verib.
Bu barədə "Qonaqcanlı" verilişində danışan ifaçı geyimində bir qüsur görmədiyini bildirib:
"Toy məclisi də bir səhnədir. Ora da sənin və mahnılarının tamaşaçılara, dinləyicilərə təqdimatındır. Mənə elə gəlir ki, geyimimdə bir qüsur yoxdur. O zaman qüsur olardı ki, artıq çəkim olardı, bədən quruluşum o geyimi geyinməyə icazə verməzdi. Əgər mən pəhrizimə və günlərlə ac qalmağıma rəğmən o libası geyinə bilirəmsə, nə xoş mənə". (Axşam.az)
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ