İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən seçki açıqlaması: "Təhlükəlidir"

ABŞ prezidenti Cozef Bayden noyabrda ayında prezident seçkilərinin dinc şəraitdə keçəcəyinə şübhə edir.

"Seçkilərin azad və ədalətli olacağına əminəm, lakin onun sakit keçib-keçməyəcəyini bilmirəm",- ABŞ prezidenti Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın keçən dəfə, seçkilərin nəticələrindən narazı qaldığı vaxt dediyi fikirlər çox təhlükəli idi”, - deyə Bayden əlavə edib.

Qeyd edək ki, Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. ABŞ-ın hazırkı prezidenti Co Baydenin ilkin olaraq Demokratların namizədliyini qazanacağı gözlənilirdi. Lakin iyulun 21-də o, prezidentlik yarışından çıxdığını elan edib və Harrisin namizədliyini dəstəkləyib. Onun rəqibi Tramp olub.

@@TVmusavat/97522@@

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR