İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamçatkada hepatit epidemiyası - həkimlər səhlənkarlıq edib

Kamçatkada onkoloji klinikada 49 xəstə həkimlərin səhlənkarlığı nəticəsində prosedur qaydalarının pozulması ilə bağlı hepatit B və C-yə yoluxub.

Musavat.com ArbatMedia saytına xəbər verir ki, infeksiya kontrastlı tomoqrafiyadan sonra yayılıb. 36 xəstədə xəstəlik kəskin formada özünü göstərib.

Bildirilir ki, epidemiyanı araşdırmaq üçün Moskvadan mütəxəssislər gətirilib. Onlar belə nəticəyə gəliblər ki, infeksiyaya səbəb çox dozalı şoran məhlulu flakonlarından düzgün istifadə edilməməsidir. Avadanlıqların emalında ciddi pozuntular, antiseptik çatışmazlığı və sterilizasiya standartlarının pozulması halları da aşkar edilib.

Mütəxəssislər virusun kifayət qədər strelizə edilməmiş alətlər, təkrar istifadə edilən birdəfəlik avadanlıqlar və hətta tibb işçilərinin əli ilə ötürülə biləcəyini istisna etmirlər.

Hazırda 49 yoluxma halı qeydə alınıb, lakin qurbanların dəqiq sayı bundan xeyli çox ola bilər. Məlumata görə, KT və MRT otağında hər ay 1000-ə yaxın prosedur həyata keçirilib və mümkün infeksiya müddəti 2022-2024-cü illəri əhatə edir.

KT otağının işi müvəqqəti olaraq dayandırılıb və bu, bölgə sakinlərinin narahatlığına səbəb olub. Çünki Kamçatkada artıq oxşar tibbi xidmət yoxdur. Dispanserin baş həkimi Natalya Ziqanşina məhkəmə iclasına gəlməyib, klinikanın nümayəndələri isə pozuntuları qismən etiraf ediblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR