İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kalininqrad yenidən Köniqsberq olsun” – Qubernator təşəbbüsü şərh etməyib

Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov Estoniya parlamentinin eston dilində Kalininqrad toponimindən imtina etmək təklifini “axmaqlıq” adlandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Estoniya hakimiyyəti şəhərin əski adının - Köniqsberqin bərpa olunmasını təklif edib.

“Mən cəfəngiyyatı şərh etmirəm”, - Əlixanov bu təklifə cavab olaraq bildirib.

Qeyd edək ki, dünən, sentyabrın 26-da Estoniya parlamentinin xarici əlaqələr komitəsi sovet dövründə Kalininqrad adlandırılmış qədim Koniqsberq şəhərinin adının bərpa olunması qərar qəbul edib.

Komitənin rəhbəri Marko Mixelson bildirib ki, bu qərar Polşa, Latviya və Litvanın analoji qərarlarından sonra verilməlidir. Həmçinin, estoniyalı deputatlar Leninqrad vilayətindəki Kinqisepp şəhərinin Yamburq (1922-ci ilə qədər adı) və ya Yaama adlandırılmasına qərar veriblər.

Mixelson mühafizəkar-millətçi “Vətən birliyi” partiyasının üzvüdür. O, tez-tez mətbuatda Rusiya əleyhinə bəyanatlar verir.

Kalininqrad II dünya müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil edilib. 4 iyul 1946-cı ilə qədər şəhər almanca Köniqsberq adını daşıyırdı və daha çox məşhur alman filosofu İmmanuel Kantın doğma şəhəri kimi tanınırdı.

Bu şəhərin yeni adı Stalinin silahdaşlarından olan, mühairibə illərində SSRİ parlamentinin sədri vəzifəsində işləyən və “ümumittifaq ağsaqqalı” ləqəbi daşıyan Mixail Kalininin (1875-1946) soyadından götürülüb. Onun xatirəsini Koniqsberqin adını dəyişməklə əbədiləşdiriblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR