Onlayn ictimai-siyasi qəzet
İstanbulun Bağcılar rayonunda qeyri-adi və şokedici hadisə baş verib.
Musavat.com xəbər verir ki, 40 yaşlı evli kişi 20 yaşlarında gənc qadınla kafedə görüşərkən həyat yoldaşı və baldızının qəfil basqını ilə qarşılaşıb.
Xəyanət anını yerindəcə görən qadın və onun bacısı dəhşət saçıb. Kafe bir anda döyüş meydanına çevrilib.
Hadisə Bağcıların Mahmutbəy məhəlləsində yerləşən kafelərdən birində yaşanıb. Məlumata görə, ailəli kişi gənc qadınla kafedə oturduğu zaman həyat yoldaşı və baldızı onları izləyərək məkanı müəyyənləşdirib. Onlar kafeyə daxil olaraq birbaşa gənc qadına və kişinin özünə hücum ediblər.
Şahidlərin sözlərinə görə, qadın ərinin gənc sevgilisinə hücum edib, baldızı isə bacısına dəstək olaraq davaya qoşulub. Ər və sevgilisi isə özlərini müdafiə etməyə çalışıblar. Bir neçə dəqiqə davam edən fiziki qarşıdurma zamanı kafedə xaos yaşanıb. Digər müştərilər vəziyyətə müdaxilə etməkdə çətinlik çəkib.
Davanın görüntüləri kafedə olan bir şəxs tərəfindən mobil telefonla lentə alınıb. Kadrlarda qadınların hücum anı, səs-küy, qarşılıqlı təhqirlər və xaos açıq şəkildə əks olunub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi, tərəflərin bir-birindən şikayətçi olduğu bildirilir.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ