İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov Qərbə müraciət etdi: "Rusiya ilə dost olmağı öyrənin"

Çeçenistan rəhbəri Ramzan Kadırov Qərb siyasətçilərinə müraciət edərək, onlara Rusiya ilə münasibətlərinə yenidən baxmağı tövsiyə edib.

Musavat.com verir ki, o, müvafiq yazısını Teleqram kanalında dərc edib.

Kadırovun fikrincə, "Qərb güclü və qüdrətli Rusiyanın dağılmasına can atmamalı, son 20 ildə güclü siyasi quruluşa malik dövlətə çevrilmiş, yenidən qurulmuş və strateji məqsədləri olan əyilməz bir ölkə ilə əməkdaşlığa doğru getməlidir".

"Rusiya ilə dost olmağı öyrənin - öz dişləriniz daha sağlam olacaq" - Kadırov qeyd edib. O əlavə edib ki, Rusiya necə dost olmağı bilir və bütün dünya ölkələri arasında ən yaxşı, dürüst və etibarlı dost ola bilər.

O, belə qənaətə gəlib ki, "bugünkü Rusiya artıq respublikalar ittifaqı və Yeltsinin darmadağın, defisit və defolt üzərində qurulmuş ərazisi" deyil.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR