İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov Priqojinə “yox” dedi - ötən ilin oktyabrında...

Çeçenistan lideri Ramzan Kadırov Vaqner ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinin Rusiya Müdafiə Nazirliyinə qarşı yeni informasiya kampaniyasına qoşulmaq təklifini rədd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri belə bir rəyə gəliblər.

İnstitut ekspertləri hesab edirlər ki, Kadırov “Vaqner” rəhbərinin zəifləyən nüfuzunu bərpa edə biləcəyinə şübhə ilə yanaşır. Müharibə Araşdırmaları İnstitutu bu ilin fevralın 17-də Kadırovun “çeçen birləşmələrinin Rusiya prezidenti Vladimir Putin tərəfindən təyin olunan istənilən komandirin əmrini yerinə yetirəcəyi” və ”çeçen hərbçilərin Rusiya Müdafiə Nazirliyi ilə çox yaxşı əlaqələrinin olduğu” sözlərini xatırladıb.

Çeçenistanın rəhbəri Ramzan Kadırov öz dili ilə “Vaqner” ÖHŞ-nin qurucusu Yevgeni Priqojinlə rəqabətə girmək və dövlət qulluğunda işini başa vurduqdan sonra özünün şəxsi hərbi şirkətini açmaq niyyətində olduğunu açıqlayıb. Kadırov son çıxışında Priqojini qardaş da adlandırıb. Özünü “Putinin piyadası” kimi qələmə verən Kadırov Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı Priqojini dəfələrlə dəstəkləyib. Üstəlik, çeçen döyüşçülər və Çeçenistan vasitəsilə müharibəyə göndərilən “könüllülər” “Vaqner”in sıralalarına daxil edilirlər.

Hələ ötən ilin oktyabrında Ramzan Kadırov Priqojinlə birlikdə Ukrayna Limanını həmin vaxt təslim etmiş Mərkəzi ordu qrupunun komandanı general Aleksandr Lapini kəskin tənqid edərək onu “fərsiz” adlandırmışdı. Görünür, general Lapinin daha yüksək vəzifəyə təyinatı Kadırovu mövqeyini dəyişdirməyə məcbur edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR