İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov: Özbəkistan prezidentinə qarşı “qərbyönlü ssenari” işə salınıb...

Çeçenistan rəhbəri Ramzan Kadırov iddia edir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ətrafında “qərbyönlü ssenari” və təxribatlar var.

Musavat.com xəbər verir ki, o, fikirlərini özünün Telegram kanalında paylaşıb.

Kadırov mətbuatda Özbəkistanın keçmiş məmuru Komil Allamjonova qarşı sui-qəsddə çeçen izinin olması ilə bağlı yayılan məlumatlardan sonra belə qənaətə gəlib: “Rəngli inqilabların qərbyönlü ssenariləri müxtəlifdir, lakin onlar həmişə kiçik konfliktlərlə başlayır və konkret bu halda mən açıq şəkildə görürəm ki, prezidentə(Ş.Mirziyoyev nəzərdə tutulur –red.) sadiq insanlara, etibarlı yoldaşların reputasiyasına necə informasiya hücumu olur. “Sui-qəsd”lə bağlı yaranan səs-küy fonunda bəzi KİV-lər ehtiyatla prezidentin qızı və kürəkəninin hakimiyyətə iddialı ola biləcəyi ilə bağlı daha bir xəbər yaydılar”.

Onun sözlərinə görə, sui-qəsd hadisəsindən hansısa tərəf pərdəarxası oyunlar üçün istifadə edir: “Hər halda, mən hər kəsə çeçen izini müxtəlif maxinasiyalara cəlb etməməyi tövsiyə edirəm. Mən Özbəkistanda nüfuz sahibi olmaq üçün heç nə etməyə ehtiyac duymuram. Mən nüfuzlu bir ailə ilə dostuluq edirəm və Allaha şükür, onlarla münasibətlərin əsas hələ atam tərəfindən qoyulub”.

Kadırov həmçinin Özbəkistanın prezident ailəsinin üzvlərini açıqlama verməyə və bütün şayiələri dağıtmağa çağırıb: “Aydındır ki, kimsə yaxşı komandanı sıradan çıxarmağa, sistemi sındırmağa çalışır. Bu, düşünülmüş ssenaridir, ölkə rəhbərliyini təhdid edir və prezidenti etibarlı ətrafdan məhrum etmək üçün ilk növbədə rəhbərliyə sadiq insanlar hücuma məruz qalır”.

Qeyd edək ki, bundan əvvəl Özbəkistan KİV-i Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisinin, o cümlədən bu xidmətin və respublika Daxili İşlər Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşlarının oktyabrın 26-da prezident administrasiyasının informasiya siyasəti şöbəsinin keçmiş rəhbəri Komil Allamjonova qarşı baş vermiş sui-qəsd cəhdinin istintaqında qeyri-qənaətbəxş nəticələrə görə tutduqları vəzifələrdən kənarlaşdırıldığı barədə məlumat yayıb.

Keçmiş məmurun avtomobili gecə saatlarında atəşə tutulub, lakin xəsarət alan olmayıb. Hadisədən sonra mediada sui-qəsd cəhdinin arxasında çeçenlərin dayandığına dair məlumatlar yayılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR