İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov indi də onları Ukraynaya göndərir

“Bölgədən 500 tibb işçisi könüllü olaraq xüsusi hərbi əməliyyat zonasına işləməyə hazırdır”.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

“Həkimlərimiz birbaşa həyat təhlükəsinə baxmayaraq, cəbhə xəttində ləyaqətlə xidmət etməkdə davam edirlər. Lazım gələrsə, Çeçenistan Respublikasının tibb işçiləri arasından daha 500 könüllü onlara qoşulmağa hazırdır ki, bu da onlara dərin hörmətə səbəb olur”, - Kadırov yazıb.

O əlavə edib ki, Əhməd Kadırov adına Regional İctimai Fondu Luqanskdakı eyniadlı xəstəxananın maddi-texniki təchizatına və lazımi nəqliyyatın alınmasına 100 milyon rubldan çox töhfə verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR