İnsanlara hürriyət, millətlərə istiqlal!

"İzvestiya": Bir aydan sonra Rusiyada satılacaq xarici maşın qalmayacaq  

 

2022-ci ilin sonuna qədər Rusiya avtomobil satıcılarının anbarlarında təxminən 20-30 min xarici markalı avtomobil qalıb.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Qəzetin xəbərinə görə, satış həcmləri nəzərə alınsa, bu say maksimum bir ay üçün kifayət edəcək.

Ukraynada müharibə başlayandan bəri 60 avtomobil markasından 46-sı Rusiya bazarını tərk edib. Rusiyada sadəcə yerli və Çin markaları qalıb. Buna görə də dillerlərin anbarlarında “Kia”, “Hyundai”, “Toyota”, “Renault”, “Volkswagen”  kimi orta qiymət seqmentindən avtomobil brendləri qalmayıb.

Ümumilikdə Rusiyada təxminən 3 min avtomobil mərkəzi var. Rusiya Avtomobil Dillerləri Assosiasiyasının vitse-prezidenti Aleksey Podşekoldinin sözlərinə görə 2023-cü ildə əksər mərkəzlərin anbarları tamamilə boşala bilər.

“İzvestiya”nın məlumatına görə, 2021-ci ildə 1 milyon 700 min, bu il təxminən 650 min avtomobil satılıb. Beləliklə, kəsir bir milyondan çox avtomobil təşkil edib.

Ən böyük kəsir orta qiymət kateqoriyasına aid avtomobillər – “Kia”, “Hyundai”, “Renault”, “Volkswagen” və “Toyota” avtomobillərində müşahidə olunur. Mürəkkəb logistika və yüksək rüsumlar səbəbindən dilerlər üçün bu markaları idxal etmək sərfəli deyil.

Rusiyanın Ukraynanı işğalından sonra demək olar ki, bütün Avropa, ABŞ və Koreya brendləri ölkəyə avtomobil tədarükünü dayandırıb. Buna cavab olaraq, Sənaye və Ticarət Nazirliyi onların “paralel idxalına”, yəni firmanın razılığı olmadan gətirilməsinə icazə verib

Bununla belə, avtomobillərin paralel idxalı vəziyyəti yaxşılaşdıra bilməz. Çünki bu yolla gətirilən maşınların sayı olduqca azdır və tələbatı ödəmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR